
“Növbəti mövsüm daha böyük “Kəpəz” görəcəyik” - Azər Bağırov
- 06 Apr 2025 19:38
- 75
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah”ın qonağı olub.
Rekord.az xəbər verir ki, Masazırda keçirilən oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov 1:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Aprel günlərində Qarabağ müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik. Bu gün Şəhriyarın doğum günüdür. İnanıram ki, ruhu şaddır.
Maraqlı oyun alındı. Qolumuzu vurub, müdafiəyə çəkildik. Düşünürəm ki, istədiyimiz nəticəni qazandıq. Turnir cədvəlində özümüzə yaxın rəqiblərlə oyunlarda futbolçularda təzyiq olur. Güclülərlə isə matçlara bir növ arxayın çıxırıq, itirməkdən qorxmuruq.
Mübarizə davam edir. Mənə elə gəlir ki, hələ heç nə bitməyib. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Mənim üzərimdə bir missiya var. Mən onu yerinə yetirməyə çalışıram. Rəhbərliklə danışıqlarımız da olub. Düşünürəm ki, növbəti mövsüm daha böyük “Kəpəz” görəcəyik”.