Azərbaycan futbolu ilə maraqlı məlumat əldə etmişik.

Rekord.az-a daxil olan məlumata görə Peşəkar Futbol Liqası (PFL) növbət mövsüm stadionların işıqlandırılması məsələsinə ciddi fikir verəcək.

Hətta deyilənə görə, bütün klubların qarşısında bununla bağlı öhdəlik qoyulacaq və işılqlandırma sistemi olmayan stadionlarda çempionat oyunlarının keçirilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, hazırda Şamaxı, Tovuz və Gəncə stadionlarında işıqlandırma sistemi yoxdur.