“Növbəti matçlar bizim üçün çox önəmlidir, müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.


Rekord.az xəbər verir ki, bunu “Sərhədçi”nin basketbolçusu Milenko Velikoviç klubun mətbuat xidmətinə açıqlamasında deyib.


O, Azərbaycan Basketbol Liqasındakı fasiləyə görə bir neçə gün istirahət etdiklərini bildirib:


"Bu, əvvəlki dövrdə sıx iş qrafikinə malik olduğumuz üçün faydalı idi. Düşünürəm ki, bu həftə yaxşı məşq etdik. Bir az zədə problemimiz oldu, amma bu da arxada qaldı. Ümid edirəm ki, hazırıq, son bir neçə oyunda gözlənilən nəticəni əldə edə bilməmişik".


Oyunçu mövsümün sonuna yaxınlaşdıqlarını xatırladıb:


"Əlimizdən gələni edəcəyik. Qarşıdakı oyunlarda müdafiədə və itirilmiş toplarda səhvləri azaltmağa, üstünlüklərimizdən istifadə etməyə və oyunumuzu tətbiq etməyə çalışacağıq".