Yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi Tovuz Regional Voleybol Klubuna daxil olan bölgələr üzrə seçimlər aparıb. "Rekord.az" xəbər verir ki,  martın 4-də və 5-də Tovuz Olimpiya İdman Kompleksində baş tutan seçimlərdə iranlı mütəxəssis tərəfindən məşqlər də keçirilib. Bu məşqlərdə seçimlərə yeni qatılan, eləcə də əvvəldən seçilmiş yeniyetmələr iştirak ediblər. 
Məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən yeniyetmələr müəyyənləşdirilərək martda Bakıda keçiriləcək düşərgəyə cəlb olunacaqlar.
Qeyd edək ki, bu seçimlərin aparılmasında məqsəd 2008-2009 və 2010-2011-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.