Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, federasiyanın nümayəndələri seleksiya tədbirləri çərçivəsində Bakıda yerləşən "Fenerbahçe" idman məktəbində olublar.

Mütəxəssislər burada voleybolla məşğul olan 15 yaşadək qızların məşqini izləyiblər və müəyyən edilmiş kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar.

Qeyd edək ki, həmin voleybolçular yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən avqustda aparılacaq seleksiya seçimlərinə cəlb olunacaqlar.