
Növbəti turun bir oyunu baş tutub
- 01 Mar 2025 20:58
- 33
Qadın voleybolçuların Yüksək Liqasında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün 14-cü turun bir qarşılaşması baş tutub.
UNEC VK-nın idman zalında “Gəncə” və UNEC komandaları qarşılaşıblar . Oyun Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, XIV turun digər oyunları martın 4-də keçiriləcək. Həmin gün GİN-in Voleybol Mərkəzində "Abşeron" klubu "AZERRAIL"lə, "Milli Aviasiya Akademiyası" isə "Murov Az Terminal" ilə üz-üzə gələcək.
Yüksək Liqa
1 mart
XIV tur
“Gəncə” - UNEC 3:0 (25:4, 25:15, 25:8)