
Novruz Əzimov bu komandanın baş məşqçisi oldu
- 20 Fev 2025 11:00
- 2247
Uzun müddətdir işsiz qalan Novruz Əzimovun yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, veteran futbolçu I Liqada çıxış edən "Difai"nin baş məşqçisi təyin olunub.
Maraqlı məqam odur ki, "Difai" "qazilərin komandası" kimi tanınır. Əzimov isə I Qarabağ müharibəsində döyüşmüş birisidir, müharibə veteranıdır. O, müharibənin ilk illərində "Neftçi"dəki çıxışlarını dayandıraraq, könüllü olaraq, cəhbə bölgəsinə yollanmışdı.