Futbol üzrə Moldova çempionatında 26-cı turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Speranta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Nurlan bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo-Avto” 26 oyuna topladığı 35 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.