Futbol üzrə Moldova çempionatında 27-ci turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Milsami” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Nurlan bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Dinamo-Avto” 27 oyuna topladığı 38 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.