
NTD “Abşeron”a qalib gəldi
- 04 Mar 2025 21:40
- 40
Azərbaycan Basketbol Liqasının 16-cı turunda NTD "Abşeron" kollektivini məğlub edib.
Rekord.az xəbər verir ki, A qrupunun oyunu Abşeron Olimpiya Kompleksində baş tutub.
Görüş NTD-nin 98:85 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah","Sərhədçi"ni 89:73, "Sumqayıt" isə "Lənkəran"ı 88:83 hesabı ilə məğlub edib.