
NTD “Abşeron”a qalib gəldi
- 14 Apr 2025 20:19
- 67
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, NTD və "Abşeron" kollektivlərinin görüşündə birincilər 67:63 hesablı qələbə qazanıblar.
İlk qarşılaşmada "Abşeron" komandası qalib gəldiyi (88:74) üçün pley-offa vəsiqə qazanacaq tərəfin adına üçüncü matçda aydınlıq gələcək.
Pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa adlayır.
Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" isə "Quba"nı (88,74, 92:88) məğlub edərək pley-offa yüksəlib.