NTD iki basketbolçunun transferini reallaşdırıb.


Rekord.az xəbər verir ki, amerikalı Detrek Brauninq və Tayri Boykinlə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.


29 yaşlı Brauninq son olaraq Polşa liqasında oynayan "Zastal" klubunun şərəfini qoruyub. 26-yaşlı Boykinin isə Gürcüstan təmsilçisi TSU-da çıxış edib.


Klub bu gün Kvinton Kempbell ilə də müqavilə imzalayıb.