Azərbaycan Basketbol Liqasında 24-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında "Zirvə Astara" NTD ilə üz-üzə gəlib. Görüş paytaxt təmsilçisinin 112:92 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Darin Conson (30 xal, 6 ribaund), NTD-dən isə Brayson Robinson (17 xal, 8 asist) olublar.

Turun bağlanış qarşılaşması isə "AAAF Xırdalan" və "Gəncə" arasında keçirilib. Vacib oyunda Qərb təmsilçisi qələbə qazanıb – 94:83.

Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"ın heyətində Deymon Makdouel (21 xal, 4 ribaund), "Gəncə"dən isə Amil Həmzəyev (24 xal, 6 ribaund) olublar.