Daha bir futbolçu "Kəpəz"dən gedib.
Rekord.az xəbər verir ki, söhbət qapıçı İqor Rodrigesdən gedir.
Gəncə klubu ona yeni müqavilə təklif etsə də, qapıçını bunu qəbul etməyib. Daha yaxşı təkliflər alan Rodriges həmin təklifləri dəyərləndirəcək.