Azərbaycanın I və II Liqalarında oktyabr ayının ən yaxşı qolunun müəllifləri Emil Quluzadə və Tural Qurbatov mükafatlandırılıb.


Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.


Quluzadə I Liqada “Difai”nin formasını geyinir. Tural Qurbatov isə II Liqa təmsilçisi “Şahdağ Qusar”ın futbolçusudur.


AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə mükafatları futbolçulara Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.