Tokioda keçirilən Paralimpiya Oyunlarında maraqlı hadisə yaşanıb.

Rekord.az xəbər verir ki, 200 metr məsafəyə qaçış üzrə yarışlarda çıxış edən görmə əngəlli qadın para-atlet Keula Nidreyya evlilik təklifi alıb.

Finiş xəttinə sonuncu çatan kabo-verdeli idmançının bələdçisi və nişanlısı Manuel Vaz de Beqa yarış başa çatdıqdan dərhal sonra qaçış zolağındaca diz çökərək, ona ailə qurmağı təklif edib.

Altel təklifə “Hə” deyə cavab verib.