Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.

Rekord.az xəbər verir ki, Olimpiadada 58 kq-da dayanq üzərinə çıxacaq lisenziyaçımız son beynəlxalq təlim-məşq toplanışını Türkiyənin İzmir şəhərində keçir.

O, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında məşqlərə yığmamızın aparıcı üzvləri və Türkiyənin Olimpiya komandası ilə birgə qatılıb. İyunun 24-də başlayan hazırlıq iyulun 4-dək davam edəcək. 

Təlim-məşq toplanışı çərçivəsində sınaq döyüşlərini keçirilməsi də planlaşdırılır.