Voleybol üzrə Azərbaycan çempionatında növbəti mövsüm start götürüb. "Rekord.az" xəbər verir ki, 2022/2023 illər mövsümü çərçivəsinin ilk matçı kişi voleybolçuların yarışında baş tutub. 

Ölkə birinciliyinə "Xarıbülül" və "MOİK" klublarının qarşılaşması ilə start verilib. 1-ci turun ilk görüşü "Xarıbülbül"ün üstnülüyü ilə keçib. 3 hissə davam edən matçda debütant rəqibini quru hesabla üstələməklə çempionatdakı çıxışına qələbə ilə başlayıb. 

 

Yüksək Liqa (kişilər)

I tur

   "Xarıbülbül" - "MOİK" 3:0 (25:20, 28:26, 25:16)