Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada debüt edən "Gəncə" doğma meydanda Bakının "Murov Az Terminal" klubunu qəbul edib.

Gəncə OİK-də baş tutan görüş qonaqların üstünlüyü ilə keçib. 3 set davam edən matçda Bakı təmsilçisi quru hesablı qələbəyə sevinib - 3:0.

Qeyd edək ki, "Gəncə" klubu ev oyunlarını Gəncə şəhərində keçirir.


Yüksək Liqa

21 noyabr 

   “Gəncə” - “Murov Az Terminal” 0:3 (18:25, 17:25, 18:25)