
Ölkə birinciliyində daha iki qarşılaşma keçirilib
- 18 Dek 2024 21:48
- 370
Kişi voleybolçuların Yüksək Liqasında ilin son oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada III turun daha iki oyunu baş tutub.
İlk olaraq FHN-nin idman zalında “Xilasedici” klubu “AZERRAIL”lə qarşılaşıb. Gərgin keçən matçda “Xilasedici” komandası 3:1 hesabı ilə qələbə qazanıb.
Turun və ilin son oyunu Sumqayıt OİK-də “Gənclər” və “Murov Az Terminal” komandaları arasında olub. Bu görüşdə “Murov Az Terminal” klubu “Gənclər”i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, III turun dünən keçirilən ilk qarşılaşmasında “Neftçi” klubu MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.
Yüksək Liqa (kişilər)
III tur
18 dekabr
“Xilasedici” - “AZERRAIL” 3:1 (19:25, 25:23, 25:18, 26:24)
“Gənclər” - “Murov Az Terminal” 0:3 (14:25, 14:25, 13:25)