Ölkə birinciliyində ilk yarımfinal oyunları keçirilib
- 29 Mar 2023 23:13
- 367
Qadın voleybolçular arasında Azərbaycan çempionatında pley-off mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada ilk yarımfinal oyunları keçirilib.
İlk olaraq meydana “Abşeron” və “Murov” klubları çıxıblar. Görüş “Murov”un üstünlüyü ilə başlayıb. İkinci setdə “Abşeron” qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri öz xeyrinə başa vuraraq matçın qalibi olub.
Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl"lə UNEC üz-üzə gəlib. Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Eldar Yusubovun yetirmələri yekunda quru hesablı qələbəni rəsmiləşdiriblər.
Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Yüksək Liqa
Yarımfinal (ilk oyunlar)
“Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)
“Azərreyl” - UNEC 3:0 (25:7, 25:14, 25:17)