Ölkə birinciliyində mövsümün ilk oyunu baş tutub
- 22 Dek 2022 17:57
- 404
Qadın voleybolçular arasında Azərbaycan çempionatı start götürüb. "Rekord.az" xəbər verir ki, bu ildən Yüksək Liqa adlanan yarışın 1-ci turunda ilk olaraq "Murov" və "Abşeron" kollektivləri meydana çıxıblar.
Voleybol Mərkəzində baş tutan oyun "Murov"u üstünlüyü ilə keçib. Birinci hissədən təşəbbüsə yiyələnən komanda üstünlüyünü sonadək qoruyub. Rəqibə yalnız bir setdə sevinmək imkanı verən Vüqar Əliyevin rəhbərlik etdiyi "Murov" 3:1 hesabı ilə qalib gəlib və ölkə birinciliyində bu mövsümün ilk qələbəsini rəsmiləşdirib.
Günün digər oyunu "Azərreyl" və "UNEC" komandaları arasında baş tutacaq.
Yüksək Liqa (qadınlar)
22 dekabr
I tur
"Murov" - "Abşeron" 3:1 (25:19, 25:13, 11:25, 26:24)