Qadın voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Murov Az Terminal” və “Abşeron” komandaları qarşılaşıblar. Oyun “Abşeron”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Eyni məkanda baş tutan ikinci oyunda “Gəncə” klubu “AZERRAIL”in qonağı olub. Meydan sahibi rəqibini 3:0 hesabı ilə məğlub edib. 

UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “Milli Aviasiya Akademiyası” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.


Oyunların nəticələri

Yüksək Liqa 

11  mart 

XV tur 

   “Murov Az Terminal” - “Abşeron” 0:3 (18:25, 18:25, 25:27)

   “AZERRAIL” - “Gəncə” 3:0 (31:29, 25:16, 25:19)

   UNEC - “Milli Aviasiya Akademiyası” 0:3 (7:25, 9:25, 16:25)