Ölkə birinciliyinin adı dəyişdirildi
- 14 Dek 2022 15:38
- 442
Sabah voleybol üzrə həm qadın, həm də kişilərin çempionatı başlayacaq. "Rekord.az" xəbər verir ki, 2022/2023 illər mövsümündə qadınların birinciliyində dəyişiklik edilib.
Əvvəllər Super Liqa adlanan qadın voleybolçuların çempionatı yeni mövsümdən Yüksək Liqa adlandırılacaq.
Qeyd edək ki, qadın voleybolçuların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Çempionat 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.