Ölkə çempionatında daha iki oyun baş tutub
- 05 Apr 2024 09:30
- 261
Voleybol üzrə kişilər arasında ölkə birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın növbəti turunda MOİK - "Murov Az Terminal" və "AZERRAIL” - "Neftçi" qarşılaşmaları baş tutub.
"Murov Az Terminal" klubunun idman zalında keçirilən görüşdə meydan sahibləri MOİK-i quru hesabla məğlub ediblər. Voleybol Mərkəzində təşkil olunan matçda isə "AZERRAIL" 3:1 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
MOİK - "Murov Az Terminal" 0:3 (17:25, 17:25, 21:25)
"AZERRAIL" - "Neftçi" 3:1 (25:20, 16:25, 25:19, 25:20)