Bu gün kişi voleybolçuların Yüksək Liqasında final mərhələsinə start verilib. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində “AZERRAIL” və “Murov Az Terminal” komandaları ilk final matçına çıxıblar.

Oyun “AZERRAIL”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Kişi voleybolçuların ikinci final oyunu aprelin 25-də Milli Gimnastika Arenasında keçiriləcək. 

Qeyd edək ki,  reqlamentə görə qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), Qızıl set oynanılacaq.


Yüksək Liqa 

Final 

Birinci oyun

22 aprel 

“AZERRAIL” - “Murov Az Terminal” 3:0 (25:19, 25:17, 25:18)