Ölkə çempionatında I Liqanın püşkatma mərasimi keçirilib
- 23 Dek 2022 14:05
- 418
Voleybol üzrə 2022/2023 illər mövsümdə qadınlar arasında Azərbaycan çempionatının I Liqasının püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasında (AVF) təşkil olunan tədbirdə AVF-nin Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova, gənc qızlardan ibarət milli komandanın meneceri Yelena Parxomenko və birincilik uğrunda mübarizə aparacaq komandaların nümayədələri iştirak ediblər.
Reqlamentə əsasən ümumilikdə 16 komanda hərəsində 8 klub olmaqla 2 qrupda mübarizə aparacaqlar. Qrup mərhələsi bir dövrədən ibarət olacaq. Daha sonra pley-off mərhələsi keçiriləcək.
Birincilikdə “Azərreyl-2”, “Abşeron-2”, “Xarıbülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Sumqayıt”, “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Qusar” komandaları çıxış edəcəklər.
I Liqanın (qadınlar) qrupları:
A qrupu: “Azərreyl-2”, “Abşeron-2”, “Xarı bülbül”, “Queens”, “Azəri”, “Dinamo”, “Şəki”, “Sumqayıt”
B qrupu: “Xəzri”, “Qarabağ”, “Aura”, “Murov-2”, “Lokomotiv”, “Ryuqa”, “İlkin”, “Qusar”