Ölkə çempionatında II dövrə start götürüb
- 03 Fev 2023 01:08
- 501
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu qarşılaşmalarla Yüksək Liqada II dövrə start götürüb.
Günün ilk görüşündə “Neftçi” “Murov”la üz-üzə gəlib. İlk iki setdə qalib gələn “Murov” üçüncü hissədə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. Bu hissədə də qalib gələn Fərid Cəlalovun komandası görüşün yekun hesabını müəyyənləşdirib - 3:1.
Voleybol Mərkəzində təşkil olunan IV turun növbəti matçı "MOİK" və “Xarıbülbül” komandaları arasında olub. Qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin komandası qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən “Xarıbülbül” qələbə qazanıb - 3:1.
Beləliklə, II dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. "MOİK" isə sonuncu pilləni tutur.
Yüksək Liqa
IV tur
“Neftçi” - “Murov” 1:3 (22:25, 22:25, 25:16, 21:25)
"MOİK" - “Xarıbülbül” 1:3 (21:25, 25:22, 18:25, 21:25)