Ölkə çempionatında növbəti oyunlar keçirilib
- 22 Fev 2023 22:55
- 412
Voleybolçu kişilər arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Yüksək Liqada IX tur çərçivəsində iki qarşılaşma keçirilib.
Turun ilk matçı “Murov”la “Xarı bülbül” arasında olub. Görüş “Murov”un üstünlüyü ilə keçib. Fərid Cəlalovun rəhbərlik etdiyi komanda meydandan quru hesablı qələbə ilə ayrılıb.
Daha sonra Voleybol Mərkəzində “Neftçi” - "MOİK" qarşılaşması start götürüb. komandaları arasında keçirilib. Görüş “Neftçi”nin üstünlüyü ilə başlasa da, "MOİK"li voleybolçular sonradan ümumi hesabı bərabərləşdirə biliblər. Bununla belə, Pərviz Səmədovun yetirmələri rəqibə daha artıq şans verməyiblər və 3:1 hesabı ilə qalib gəliblər.
Beləliklə, IX turdan sonra “Murov” 23 xalla turnir cədvəlində vahid liderliyini davam etdirir. Hesablarında 12 xal olan “Xarı bülbül” və “Neftçi” müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar. "MOİK" isə bir xalla sonuncudur.
Yüksək Liqa
IX tur
“Murov” - “Xarı bülbül” 3:0 (25:16, 25:22, 25:21)
“Neftçi” - "MOİK" 3:1 (25:23, 18:25, 25:13, 25:23)