Ölkə çempionatında növbəti oyunlar keçirilib
- 13 Dek 2024 22:10
- 139
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 3-cü turunda üç qarşılaşma baş tutub.
Tura "Milli Aviasiya Akademiyası" və "Abşeron" matçı ilə start verilib. GİN-in Voleybol Mərkəzində baş tutan oyun gərginliyi ilə yadda qalıb. Görüşə daha yaxşı başlayan "Milli Aviasiya Akademiyası" 2:0 hesabı ilə önə keçib. Lakin bundan sonra "Abşeron" təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Həlledici setdə də üstün olan Famil Ağayevin yetirmələri möhtəşəm geri dönüş edərək 3:2 hesabı ilə qələbə qazanıblar.
Eyni məkanda keçirilən digər oyunda "Gəncə" klubu "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub edib.
Turun son oyununda isə "AZERRAIL" klubu UNEC-i quru hesabla üstələyib.
Yüksək Liqa
13 dekabr
III tur
“Milli Aviasiya Akademiyası” - “Abşeron” 2:3 (25:23, 25:23, 12:25, 16:25, 05:15)
“Murov Az Terminal” - “Gəncə” 0:3 (21:25, 22:25, 14:25)
UNEC - “AZERRAIL” 0:3 (14:25, 13:25, 12:25)
Turnir cədvəli:
“Abşeron” - 3 oyun, 3 qələbə, 0 məğlub, 8 xal;
“AZERRAIL”- 3 oyun, 3 qələbə, 0 məğlub, 8 xal;
“Gəncə” - 3 oyun, 1 qələbə, 2 məğlub, 4 xal;
“Murov Az Terminal” - 3 oyun, 1 qələbə, 2 məğlub, 4 xal;
“Milli Aviasiya Akademiyası” - 3 oyun, 1 qələbə, 2 məğlub, 3 xal;
UNEC - 3 oyun, 0 qələbə, 3 məğlub, 0 xal;