Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunların təqvimi müəyyənləşib.

Rekord.az xəbər verir ki, matçlar üç fərqli gündə keçiriləcək.

13-cü turun görüşündə autsayderlər “Bakı” və “Gənclər Birliyi” qarşılaşacaqlar. Bu duel martın 14-də olacaq.

Martın 16-da 14-cü turun bir matçı baş tutacaq. Lider “Qarabağ” ən yaxın izləyicilərindən olan “Azəryol”u sınağa çəkəcək. Bu qarşılaşma federasiyanın rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Martın 17-də isə 12-ci turdan təxirə salınmış “Kür” - “İdman Akademiyası” matçı gerçəkləşəcək.

İlk iki oyun “AHF Arenda”, son qarşılaşma isə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.

Azərbaycan çempionatı

14 mart
13-cü tur
17:00. “Bakı” – “Gənclər Birliyi”

16 mart
14-cü tur
12:00. “Qarabağ” – “Azəryol”

17 mart
12-ci tur
“Kür” – “İdman Akademiyası”