Ölkə çempionatında növbəti oyunların vaxtı bəlli olub
- 01 Fev 2022 11:22
- 515
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi tarix bəlli olub. "Rekord.az" xəbər verir ki, fevralın 2-də və 5-də Yüksək Liqanın I dövrəsi çərçivəsində bir neçə görüş təşkil olunacaq.
Fevralın 2-də saat 15:00-da IV turun "MOİK" - “Sərhədçi”, ardınca 17:00-da isə “Murov” - “Neftçi” qarşılaşmaları keçiriləcək.
Üç gün sonra isə III turdan təxirə salınan “Sərhədçi” - “Murov” matçı baş tutacaq. Bu oyunun start fiti saat 15:00-da çalınacaq.
Bütün görüşlər “Murov” voleybol klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlar azarkeşsiz keçiriləcək.