Ölkə çempionatının əsasnaməsində dəyişiklik olunub
- 12 Mar 2024 11:24
- 266
Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatının əsasnaməsinə dəyişiklik edib. "Rekord.az" xəbər verir ki, dəyişikliyə əsasən, kişi voleybolçuların Yüksək Liqasında oyunlar əvvəl nəzərdə tutulduğu kimi dörd deyil, altı dövrə davam edəcək. Daha sonra pley-off mərhələsi baş tutacaq.
Bu dəyişikliyə səbəb “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının çempionatda çıxışlarını dayandırmasıdır.
Digər komandalar oyunların sayının artırılması ilə bağlı AVF-yə müraciət ünvanlayıblar. Federasiya klubların müraciətini nəzərə alaraq Yüksək Liqada qarşılaşmaların altı dövrədə keçirilməsini qərara alıb.