Veteran stolüstü tennisçilər arasında ölkə çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışda 50-yə yaxın iştirakçı mübarizə aparıb.

Qoşa turnirdə Əli Heydərli ilə Rəhim Hüseynov qələbə qazanıb. Məmmədağa Rüstəmovla Elşad Vahidov ikinci, Mahir Cəbiyevlə Aali Seyidrəhim üçüncü yeri tutub.

Müxtəlif yaş qrupları üzrə şəxsi yarışlar isə belə nəticələnib:

40-49 yaş
1-ci yer. Zaur Mikayılov 
2-ci yer. Mehman Səmədov 
3-cü yer. Mahir Cəbiyev 

50-59 yaş
1-ci yer. Əli Heydəri 
2-ci yer. Elşad Vahidov 
3-cü yer. Akif Zeynalov 

60-69 yaş
1-ci yer. Məzahir Həsənov 
2-ci yer. İlham Ağayev
3-cü yer. Fuad Qasımov 

70 yaş və yuxarı
1-ci yer. Səxavət Heydərov 
2-ci yer. Firudin Hüseynov 
3-cü yer. Vladislav Fedorenko 

Fəxri kürsüdə yer alan iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.