"Qaradağ Lökbatan"dan ayrılan Azər Həşimov yenidən "Mingəçevir"in baş məşqçisi ola bilər.

Rekord.az xəbər verir ki, artıq bununla bağlı məlumatlar da yayılıb.

Bizə daxil olan məlumata görə isə klub rəhbərliyi həqiqətən də hazırda Mingəçevirdə istirahət edən  gənc məşqçi ilə əlaqə saxlayıb ona baş məşqçi postunu təklif edib. Həşimov isə fikirləşmək üçün vaxt istəyib. Çünki onun xidmətində maraqlı olan digər klublar da var. 

Qeyd edək ki, "Mingəçevir" I Divizionun qış fasiləsinə sonuncu pillədə yollanınca, baş məşqçi Ədahim Nİftəliyevlə yollar ayırılıb.