“Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 17-ci turunun açılış matçında “Səbail”i qəbul edib.


Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.


Abbasov önəmli bir xal qazandıqlarını bildirib:


“Səbail”lə oyunun gərgin keçəcəyini bilirdik. Hava şəraiti də uyğun deyildi. Yaxşı ki, zədələnən oyunçu olmadı. Önəmli bir xal qazandıq. Digər tərəfdən də, ona görə qalibik ki, meydana yeni adlar çıxır. Oyunçularım xarakter göstərdi. Düşünürəm ki, qışdan sonra tam başqa “Şamaxı” olacaq”.