“Onlara bu oyunun son şans olduğunu söyləmişdim” - “Sumqayıt”ın baş məşqçisi
- 06 Apr 2024 10:20
- 237
“Qələbə istəyi dadımıza çatdı”.
Rekord.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov “Xəzri”ni 84:77 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının 16-cı tur oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis matçın son periodunda sürətlərinin aşağı düşdüyünü etiraf edib: “Uşaqlar çox yaxşı döyüşdülər. Onlara bu oyunun son şans olduğunu söyləmişdim. Növbəti hədəf “Sabah”dır! Hərçənd dördüncü periodda bir qədər oyundan düşdük. Xeyli səhvə yol verdik. Amil Həmzəyevin meydana çıxması da işimizi çətinləşdirdi. Üstəlik, zədəli halda oynadı. Çox gənc kollektivik, komandanı arxasınca aparan təcrübəli basketbolçumuz yoxdur”.
Teymur Hüseynov son turlardakı uğurlu nəticələr sayəsində artıq pley-offa iddia etdiklərini bildirib: “Bəzi qarşılaşmalarda səhvlərimiz olmasaydı, artıq pley-offda idik. O ki qaldı sonda taym-aut götürməyimzə, düzdür, bu, rəqibin düşərgəsində narazılığa səbəb oldu. Amma mən əvvəlcədən bildirmişdim ki, top bizdə olanda taym-aut götürəcəyik. NBA-da belə hallarda taym-autdan istifadə edirlər. Hər şeyi bir kənara qoyaq, komandamız çempionatda ardıcıl 3 oyundur qalib gəlir. Biz bunu bacarmalı idik”.
“Sumqayıt” 22 xalla yeddinci pillədə qərarlaşıb.