Azərbaycan cüdo millisinin 16-18 fevralda İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək "Böyük Dəbilqə" turniri üçün heyəti açıqlanıb.

Rekord.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda ölkənin 12 cüdoçusunun çıxışı planlaşdırılır.

Onların hamısı kişi idmançılardır: Balabəy Ağayev, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Zelim Tçkayev, Rüstəm Orucov (81 kq),  Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq).

Xatırladaq ki, "Böyük Dəbilqə"də bu günədək 54 ölkədən 397 idmançı qeydiyyatdan keçib.