Orxan Hüseynzadə Rusiya - Latviya matçına təyinat aldı
- 05 Noy 2019 16:00
- 855
“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
Rekord.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə oyununda iş başında olacaq.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, noyabrın 15-də Rostov şəhərindəki “Rostov Arena”da keçiriləcək Rusiya – Latviya qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.