Region Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Xan Lənkəran" heyətini gücləndirib.

Rekord.az xəbər verir ki, cənub təmsilçisi Orxan Sadıqlını transfer edib.

Qeyd edək ki, qolkiper "Xəzər Lənkəran", "Keşlə", "Sumqayıt" və "Zirə" kimi iddialı klublarda çıxış edib.

Bundan əlavə, Region Liqasının Cənub Zonasının lideri yarımmüdafiəçi Kazım Kazımlını da sıralarına qatıb.

Qeyd edək ki, "Xan Lənkəran" Elşən Rzazadə, Mahsum Qənbərli, Kamran Abdullazadə kimi "Xəzər Lənkəran"ın yetirmələrini transfer etmişdi. ("Futbol plus")