
“Oyuna yaxşı köklənmişdik” – Rəşad Sadıqov
- 30 Mar 2025 20:45
- 89
Misli Premyer Liqasının 28-ci turunda "Zirə" doğma meydanda "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Milli fasilədən sonra ilk oyunumuz idi. 1-ci hissənin ilk 5-10 dəqiqəsi bizim üçün yaxşı başladı. Amma, sonra oyun bizim üçün çətinləşdi. İstədiyimiz hücumları qura bilmirdik. 2-ci hissədə komandam xeyli fəallaşdı və düşünürəm ki, vacib 3 xal qazandıq. Bilirdik ki, rəqib əzmkardır. Xüsusilə, son turlarda iddialı komandalara qarşı yaxşı oyunu ilə seçilir. Biz oyuna yaxşı köklənmişdik.
- Fasilədə komandaya hansı tapşırıq verdiz ki, 2-ci hissəyə belə yaxşı başladınız?
- Fasilədə daha çox hücumda daha fəal olmağı tapşırıqlarını verdik. Çünki, 0:0 hesabı bizi qane etmir və "Şamaxı"nın əks hücumları, cinahdan asmalarından hər an fərqlənə bilərdilər. Hesabı açdıq və 2-ci qoldan sonra oyun bizim üçün daha rahat keçdi.
- Növbəti 2 turda "Qarabağ" və "Neftçi" ilə səfərdə qarşılaşacaqsınız. Bu oyun haqqında düşüncələriniz?
- Bu oyunları nəzərə alsaq, bu matçda 3 xal qazanmağımız olduqca önəmli idi. Qarşıdakı matçlara da xallar qazanmaq üçün çıxacağıq.