
Oyunu buraxacaq, cəzanı da cibindən ödəyəcək
- 10 Apr 2025 12:00
- 211
Həftəsonu Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Sabah"ı qəbul edəcək "Turan Tovuz" Veysəl Rzayevin xidmətindən istifadə edə bilməyəcək.
Rekord.az xəbər verir ki. "Səbail"lə oyundan sonrfa azarkeşlərə hücum çəkən futbolçu AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Həm oyun. həm də pul cəzası. Əldə etdiyimiz məlumata görə, Tovuz klubu da Veysələ cəza kəsib və AFFA-nın təyin etdiyi pul cəzasını futbolçu cibindən ödəyəcək.