“Oyunu özümüz üçün çətinləşdirdik”
- 26 Yan 2025 23:34
- 75
Avropa çempionatının ilkin mərhələsi çərçivəsində bu gün ikinci oyununu keçirən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi qrup qalibi kimi növbəti mərhələyə yüksəlib.
Rekord.az xəbər verir ki, millimizin baş məşqçisi İlqar Aslanov San Marino ilə 2:2 hesablı heç-heçədən sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Dünən Kosovo ilə qarşılaşdıq və qələbə qazandıq. Ardıcıl iki gündə ikinci oyunumuza çıxdıq. Uşaqlarda həm yorğunluq, həm də birinci oyunların nəticəsinə uyğun olaraq arxayınlıq yaranmışdı. Ona görə də görüş çətin keçdi. Daha doğrusu, oyunu özümüz çətinləşdirdik. Vacib olan komandanın qarşıya qoyulan məqsədə çatmasıdır. Bu münasibətlə həm komandamızın üzvlərini, həm də futzal ailəsini təbrik edirəm. Artıq martda keçirəcəyimiz əsas mərhələnin oyunlarına hazırlaşmalıyıq”.