Ozancan Kökçü: "Baş məşqçimiz məndən narazıdır" MÜSAHİBƏ
- 20 Okt 2019 14:00
- 765
"Sabah"ın futbolçusu Ozan Can Kökcü Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Bizim daha çox topla oynadığımızı düşünürəm. Son dəqiqələrdə qol vurub, hesabı bərabərləşdirdik. Minimum 1 xal qazanmalı idik.
- Bu gün oyununuz demək olar ki, alınmadı. Avropa çempionatına görə Premyer Liqada fasilə yaranmışdı. Bu fasilədən lazımi qədər istifadə edə bilmədiniz?
- Bunu bilmirəm. Çünki mən də 21 yaşlılardan ibarət yığmanın heyətində idim. Komanda yoldaşlarımın yaxşı məşq etdiyini düşünürəm. Kiminsə buna şübhəsi olmasın. Artıq qələbə qazanmalıyıq.
- Bu 3 xalın gəlməsi üçün "Sabah"a nə lazımdır?
- Bunu mənim deməyim düzgün olmaz. Amma futbolçu olaraq bir şey söyləyə bilərəm ki, əlimizdən gələni edəcəyik. Bundan sonrakı matçlarda daha yaxşı oynayıb, qalib gəlməliyik.
- Bu gün sanki baş məşqçi sizdən narazı idi.
- Elədir. Haqlı olduğunu düşünürəm. Mənə görə oyunda deyildim. Qarşılaşmanın ilk dəqiqələrindən bəri istədiyim kimi oynaya bilmirdim. Rəqib yaxşı qapanırdı. Bu da mənə çətinlik yaradırdı. Son vaxtlar həm milli komandada, həm də klubda matçlarımız çox oldu, yorulduq. Amma biz futbolçuyuq. Nə qədər oyun olsa, oynamalıyıq.