Finlandiya çempionatında 4-cü turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün komandası – HJK da növbəti matçına çıxıb.


Sözügedən komanda evdə VPS ilə üz-üzə gəlib və 3:1 hesablı qələbəyə sevinib.


Komandasının yeni mövsümdə ilk qələbəsinə sevindiyi oyunda Ozan da iştirak edib. O, 84-cü dəqiqədə meydana buraxılıb.


Helsinki təmsilçisi hazırda 3 xalla 9-cu pillədə qərarlaşıb.