“Keşlə" qış fasiləsi yaranmamış ilk transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə yayıb.

Bildirilir ki, Şohruh Qadoyev karyerasını paytaxt təmsilçisində davam etdirəcək. "Keşlə" Özbəkistan millisinin üzvü ilə 1,5 illik müqavilə imzalayıb.

27 yaşlı yarımmüdafiəçi karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Al-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub.

Qadoyev Özbəkistan milli komandasının heyətində 14 oyun keçirib və 1 qol vurub.