"Arsenal"ın futbolçusu Mesut Özil komandadan ayrılacağı haqda yayılan xəbərləri təkzib edib.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi "topçular"da oynamaqdan məmnun olduğunu və burada qalmaq istədiyini deyib:


 "Müqaviləm var və çox məmnunam. Bu mövsüm və növbəti mövsüm də burada qalacağam. Gələcəkdə nə olacağını bilmirəm. Həyəcanla gözləyirəm. Mikel Arteta "Arsenal"a özünəməxsus üstünlüklər qatır- mübarizə, topa sahib olma, oyuna nəzarət. O, yaxşı işləyir, hamı sevinir. Bizə uğur gətirir".

Qeyd edək ki, M.Özil bu mövsüm Premyer Liqada 12 oyuna çıxaraq 1 qol ötürməsi verib.