"Qarabağ"la müqaviləsi bu ayın sonunda başa çatacaq Filip Ozobiç Bakıya qayıdaraq komandanın məşqlərinə qoşulub.

Lakin Rekord.az xəbər verir ki, bu, o anlama gəlmir ki, futbolçu Ağdam klubu ilə yeni müqavilə bağlayıb.

Hələlik ortada şifahi razılaşma da yoxdur. Bizə daxil olan məlumata görə, Qurban Qurbanov Ozobiçi Bakıya danışıqlara çağırıb. Xorvatiyalı da məhz danışıqlar üçün ölkəmizə dönüb. Əldə etdiyimiz məlumata görə, hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar gedir.