Özünü avtomobil yarışlarında sınamaq istəyir
- 25 Apr 2020 16:00
- 777
"Auqsburq"un qapıçısı Fabian Gifer karyerasını bitirdikdən sonra özünü avtomobil yarışlarında sınamaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə 30 yaşlı ehtiyat qolkiper "Spox und Goal" nəşrinə müsahibəsində deyib.
Ralli həvəskarı olan təcrübəli qolkiper bildirib ki, Nürburqrinq trassında 24 saatlıq yarışda iştirak etmək arzusundadır. F.Giferin başqa planları da var: "Algau Orient Rally" adlı yarış var. Siz maşınla Almaniyanın Allqoy vilayətindən Bakıya getməlisiniz.
Bu zaman bir neçə qaydaya əməl etmək lazımdır: avtomobilin qiyməti 1100 avrodan çox olmamalıdır, yolda heç bir mehmanxanada dayanmamalısınız. Qalib isə canlı dəvə ilə mükafatlandırılır. Bir neçə dostumla bu yarışda iştirak etmək istərdim".
Faban Gifer artıq İrandan keçən köhnə İpək yolu ilə Şərqi Avropaya "Fiat Multipla" markalı maşını ilə səyahət edib.