
Paçu qərarını bu tarixə saxladı
- 15:00
- 83
"Kəpəz"də yeni sponsor və növbəti mövsümün büdcəsi ilə bağlı məsələlər açıq qaldığı üçün müqaviləsi bitən futbolçularla danışıqlara start vermək olmur.
Rekord.az xəbər verir ki, bəzi futbolçulara şifahi olaraq, yeni müqavilələr təklif olunub.
Bu futbolçulardan biri də Paçudu. Lakin əldə etdiyimiz məlumata görə, sözügedən futbolçu yalnız mövsüm başa çatandan və klubun gələcəyi ilə bağlı müəyyən suallara aydınlıq gələndən sonra yeni müqavilə haqda müzakirələrə başlayacağını bildirib.